“Turnirdə nəticə qazanmaq üçün bu matçda mütləq qalib gəlməliydik”.
Offsideplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın 15 yaşadək voleybolçularından ibarət milli komandanın baş məşqçisi Şahin Çakman deyib.
Mütəxəssis yığmanın MDB oyunlarında Tacikistan üzərində qazandıqları 3:0 hesablı qələbəsini şərh edib: “Komandanın oyunundan tam razı qalmadım. Əslində, uşaqlar daha yüksək səviyyədə oynaya bilərdilər. Sadəcə çox həyəcanlıdırlar. Onlar 13-15 yaş qrupuna aid olduqları üçün bu həyəcanı hələ də üzərlərindən atmayıblar. Ancaq matç keçdikcə bunun öhdəsindən gələcəklərinə inanıram. Əsas hədəfimiz qarşıdakı Özbəkistanla görüşdür. Çünki medal uğrunda mübarizə aparmaq istəyirik. Qarşımıza çıxa biləcək potensial rəqiblərdən Belarus və ya Rusiya ilə qarşılaşa bilərik. Hədəfimiz medal qazanmaqdır. Bu birincilik də ola bilər, üçüncülük də, amma mütləq medal istəyi ilə oynayırıq”.
Qeyd edək, Azərbaycan milli komandası növbəti oyununu oktyabrın 3-də Özbəkistana qarşı keçirəcək.