Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçirilən turnirdə millimizin üç idmançısı qələbə ilə yarımfinala yüksələrək azı bürünc medalını təmin edib.
46 kq çəki dərəcəsində Aysel Fərəcova Belarusdan olan Aleksandra Kutsikovanı 5:0 hesabı ilə məğlub edib. O, yarımfinalda Özbəkistandan Ruxşonabonu Ahadova ilə qarşılaşacaq.
54 kq-da Cəmilə Muradlı Tacikistandan Niqora Yusupovaya qalib gələrək yarımfinala yüksəlib. Muradlı oktyabrın 2-də Qazaxıstandan Adelayda Sadvakassova ilə döyüşəcək.
63 kq-da Haqverdi Həsənov isə Belaruslu Bahdan Şaşlikovu 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, oktyabrın 3-də rusiyalı David Karababayevlə qarşılaşacaq.
Qeyd edək ki, MDB Oyunlarında boks yarışları oktyabrın 5-də yekunlaşacaq.