RU

Rusiyadan İrəvana ŞOK Gümrü XƏBƏRDARLIĞI: “Tərk etməyəcəyik”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin “Sünyats Yerkir” nəşrinə müsahibəsində bölgədəki mövqelərini və “Tramp yolu” layihəsi ilə bağlı mövqelərini açıqlayıb.

Musavat.com xəbər verir ki, səfir bildirib ki, Rusiya layihə ilə bağlı qərarını yalnız detallar və tranzit rejimləri dəqiqləşdirildikdən sonra formalaşdıracaq, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və İran sərhədindəki rus sərhədçilərinin mövcudluğu nəzərə alınacaq.

Kopyrkin xatırladıb ki, 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan arasında əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır və Vaşinqton Bəyannaməsi ilə uzlaşdırılması gələcək müzakirələrin mövzusu olacaq. Səfir həmçinin vurğulayıb ki, Rusiyanın iqtisadi iştirakçılığı Ermənistanın sosial və vergi layihələrində əhəmiyyətli rol oynayır və bu sahədə narahatlıq əlaməti yoxdur.

Ən sensasion açıqlama isə Rusiyanın hərbi mövqeyi ilə bağlı olub: Kopyrkin bildirib ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazanı çıxarmağı planlaşdırmır və bölgəni tərk etməyəcək.

O, Cənubi Qafqazın sabitliyində, rifahında və nəqliyyat imkanlarının tam açılmasında Moskvanın maraqlı olduğunu qeyd edib.

Musavat.com

Избранный
29
2
musavat.com

3Источники