RU

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi yeni kitab təqdim etdi

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 29 – da “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi Bakı Dövlət Universitetində “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində çap edilmiş eyni adlı kitabın təqdimatını keçirib. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” kitabında Qərbi Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimləri təqdim edilir. Təqdimatda tədqiqatçılar, QHT rəhbərləri, gənc tədqiqatçılar, tələbə- gənclər iştirak etmişdir.

Layihə rəhbəri, “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev bildirmişdir ki, Nazim Mustafanın oxuculara təqdim edilən yeni kitabı onun əvvəllər də araşdırdığı toponimlərimizlə bağlı tədqiqatlarının son dövrün məlumatları əsasında qələmə aldığı ümümiləşdirici əsər kimi ərsəyə gəlmişdir.

"Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışında kitabda Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsinin, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasətinin və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesinin şərh edildiyini, Qərbi Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd etmişdir. Kitabda Azərbaycan toponimlərinə qarşı mərhələ-mərhələ həyata keçirilən linqivistik soyqırımı siyasəti ayrıca təhlil edilir. Kitabda ilk dəfə olaraq qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma qurumları tərəfindən həyata keçirilən toponimik cinayətlər haqqında məlumatlar ayrıca bölmə şəklində təqdim edilir.

Oxuculara təqdim edilən bu kitabda son məlumatlar əsasında Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus olmuş, adları dəyişdirilmiş 717 inzibati-ərazi vahidinin əlifba sırası ilə siyahısı ilk dəfə təqdim edilir.

Kitabın əlavələr bölməsində azərbaycanlılara məxsus və adları dəyişdirilmiş yaşayış məskənlərinin, məntəqələrinin siyahıları, xəritələr təqdim edilir.

Kitabın elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.

Təqdimatda mütəxəssislər, tədqiqatçılar, QHT rəhbərləri, gənc tədqiqatçılar çıxış edərək kitab haqqında fikirlərini bildirmişlər.

Poliqrafiya, çap məhsulları təqdimat iştirakçılarına paylanmışdır.Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
icma.az

1Источники