Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalını qazanıb.
Operativ Media xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) birinci yeri tutub. Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakinyı məğlub edib.