RU

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəldi - Yeniləndi

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

News24.az xəbər verir ki, hazırda idmançılarımızın aktivində 5 qızıl, 17 gümüş, 16 bürünc medal var.

Siyahıya Rusiya (34 qızıl, 8 gümüş, 7 bürünc medal) başçılıq edir. Belarus (4 qızıl, 13 gümüş, 15 bürünc) üçüncüdür.

İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

***

Taekvondoçu Ziya Həsənli (63 kq) Azərbaycana III MDB Oyunlarında ilk qızıl medalı qazandırıb.

News24.az xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində taekvondo turnirinin finalı keçirilib.

Ziya Həsənli həlledici qarşılaşmada Rusiya təmsilçisi Eqor Lakini məğlub edərək çempion olub.

Bu qələbə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qazanılan ilk qızıl medal kimi tarixə düşüb.

Qeyd edək ki, ilk olaraq samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb. 


***

18:03

Azərbaycan samboçusu Nihad Rəhimov (64 kq) III MDB Oyunlarında qızıl medal qazanıb.

News24.az idmançı finalda Rusiya təmsilçisi Artem Karisovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Rəhimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. (Report.az) 



Избранный
95
8
news24.az

10Источники