RU

CASCFEN-dən türk dünyası ziyalılarına “Təşəkkürnamə”

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin icrasını başa çatdırır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihə çərçivəsində 5 ay ərzində müxtəlif işlər görülüb. O cümlədən Türk dünyasının ortaq mirasından bəhs 12 məqalə hazırlanıb.

CASCFEN-in Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə müxtəlif istiqamətləri əhatə edən bu 12 məqalənin hazırlanması zamanı Azərbaycandan və digər türk dövlətlərindən alimlərin, mütəxəssislərin fikirləri öyrənilib: “CASCFEN İdarə Heyəti belə qərara gəlib ki, həmin məqalələrin hazırlanmasında dəyərli fikirləri və məsləhətləri ilə dəstək olan Türk dünyasının bir qrup ziyalısına təşkilatın xüsusi “Təşəkkürnamə”si təqdim edilsin”. 

Məlumatda deyilir ki, aralarında Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi  Xasiyyət Rüstəm, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf  Bəhmənli və Qazaxıstanın Türk xalqları arasında Ədəbi ilişkiləri gəliştirmə Vəqfinin başqanı, DGTYB Qazaxıstan təmsilçisi, yazıçı-publisist Erkinbek Serikbayın da olduğu ziyalılara həmin “Təşəkkürnamə” il sonuna kimi təqdim ediləcək.

Избранный
2
3
ikisahil.az

4Источники