"III MDB oyunlarında Qazaxıstan, Rusiya, Özbəkistan yaxşı boksçularla təmsil olunur. Biz də idmançılarımızın uğurunu gözləyirik. Çalışacağıq komandamız III MDB oyunlarında birinci yerə çıxsın".
Apasport.az xəbər verir ki, bu sözləri boks üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi İlkin Ağayev deyib.
O, bu yarışın idmançılar üçün böyük təcrübə olduğunu vurğulayıb:
"Qız bokçuların komadasında 9 çəki üzrə 11 idmançı mübarizə aparır. Oğlanlar isə iki komandada 26 boksçu ilə təmsil olunur. Hər şey yaxşıdır. Qız boksçularımızdan 3-ü rinqə çıxdı. Onlardan ikisi qələbə qazandı. MDB oyunları idmançıların Avropa və dünya arenalarına çıxmaları üçün böyük təcrübədir”.
Boksçularımız dünya çempionatında 2 bürünc medal qazanıblar
Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala yüksəlib
Alfonso Dominqes dünya çempionatında yarımfinalında
Səidcəmşid Cəfərov yaponiyalı boksçunu məğlub edib
Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib