Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb.

Offsideplus.az xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) Azərbaycana III MDB Oyunlarında ilk qızıl medalı qazandırıb.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisiniEgor Lakinyı məğlub edərək III MDB Oyunlarının çempionu olub.

Bu, Azərbaycanın ev sahibliyi etdiyi Oyunlarda ilk qızılmedalıdır.