RU

“İşğaldan azad olunmuş ərazilərin bərpasında ağıllı kənd layihələri geniş imkanlar açır” DEPUTAT

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Dünyada ağıllı kənd konsepsiyası ilə həyata keçirilən uğurlu layihələrdən biri Zəngilanın Ağalı kəndidir. Layihə 5 əsas istiqamət – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji komponentləri üzrə icra olunub. Burada inşa edilən fərdi evlər innovativ tikinti materiallarından istifadə edilməklə, tam izolyasiya şəraitində tikilib”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Bu yanaşma enerji qənaətinə nail olmağa imkan verir, eyni zamanda evlərin qışda isti, yayda isə sərin qalmasını təmin edir.

Yeni inkişaf modelinin təməlində müasir məktəblərin, uşaq bağçalarının, poliklinikaların və elektron idarəetmə mərkəzlərinin yaradılması dayanır. Bundan əlavə, turizm infrastrukturu qurulur, bütün yaşayış evləri, sosial obyektlər, inzibati binalar, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin olunur. “Ağıllı təsərrüfatlar” komponenti isə meyvə-tərəvəz, ət və süd istehsalını artırmağa, emal və satış prosesini müasir standartlara uyğun qurmağa imkan yaradır.

Kəndin quruluşunda müasir şəhərsalma prinsiplərinin tətbiqi, küçələrin ağıllı işıqlandırılması, ekoloji evlərin inşası, məişət tullantılarının idarə edilməsi, günəş və su elektrik stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi elementlər də xüsusi yer tutur”.

Deputat qeyd edib ki, ağıllı kəndlərdə aqrar istehsal dronlar, sensorlar və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi ilə təşkil edilir.

“Bu, kənd təsərrüfatında məhsuldarlığı artırmaqla yanaşı, rəqəmsal xidmətlərdə də yeni məşğulluq imkanları yaradır və daxili miqrasiyanın qarşısının alınmasına müsbət təsir göstərir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində belə ağıllı kənd layihələrinin icrası geniş imkanlar açır”-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
icma.az

1Источники