RU

OPEC+ ölkələri neft hasilatını artırmağa hazırlaşır

BAKI, 29 sentyabr. TELEQRAF

OPEC+ ölkələri həftənin bazar günü keçiriləcək iclasda gündəlik neft istehsalını ən azı 137 min barel artırmağı planlaşdırır.

Teleqraf xəbər verir, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, OPEC+ aprel ayından etibarən istehsalın azaldılması strategiyasını tərsinə çevirərək bazar payını artırmağa başlayıb. Təşkilat, eyni zamanda ABŞ Prezidenti Donald Trump-ın neft qiymətlərini endirməyə yönəlmiş təzyiqlərinə cavab olaraq, gündəlik istehsal kvotasını 2,5 milyondan çox barel artırıb. Bu rəqəm dünya neft tələbatının təxminən 2,4%-inə bərabərdir.

Neft qiymətləri ilin əvvəlində bir barel üçün 80 dollardan aşağı düşməyə başlasa da, apreldən bəri OPEC-in istehsal artımına başlaması ilə əsasən 60-70 dollar aralığında dalğalanıb.

Qeyd edək ki, səkkiz OPEC+ ölkəsi noyabr ayı istehsalını müəyyən etmək üçün 5 oktyabr tarixində növbəti görüşü keçirəcək.

Избранный
49
teleqraf.com

1Источники