RU

Johannes Hummer: Telekommunikasiya və FinTech əməkdaşlığı üçün doğru tərəfdaşlıq və çeviklik vacibdir

BAKI, 29 sentyabr. TELEQRAF

Son 10 ildə FinTech sahəsi əsasən zəmanət üzərində qurulsa da, Mastercard, Apple Pay və Google Pay kimi qlobal oyunçularla rəqabət aparmalı olub.

Teleqraf xəbər verir ki, bu barədə "Freedom Telecom International" şirkətinin baş icraçı direktoru Johannes Hummer Bakcell-in tərəfdaşlığı ilə keçirilən İnmerge İnnovasiya Sammitində çıxışı zamanı bildirib.

Hummer qeyd edib ki, FinTech şirkətləri telekommunikasiya şirkətlərini əsasən kanal və böyük verilənlər mənbəyi kimi görür. Məsələn, Revolut (əsasən mobil tətbiq vasitəsilə fəaliyyət göstərən bir maliyyə texnologiyası (FinTech) şirkətidir. Tətbiq istifadəçilərə bir çox bankçılıq və maliyyə xidmətləri təqdim edir) eSIM xidməti, hətta istifadəçinin balansı olmasa belə, təhlükəsiz bankçılıq əməliyyatlarını həyata keçirməyə imkan verir.

"Revolut" tətbiqi artıq 55 milyon müştərini keçib və hədəfi 100 milyon müştəridir. Eyni zamanda, bu il onlar virtual şəbəkə operatoru kimi Almaniya və Böyük Britaniyada fəaliyyətə başlayacaqlar.-deyə o qeyd edib.

Onu da bildirmək istəyirəm ki, telekommunikasiya və fintech əməkdaşlığının uğuru üçün üç əsas amil var: eyni dili öyrənmək və anlayışı bölüşmək; qanunvericilik maneələrini aşmaq üçün doğru tərəfdaşlarla işləmək; telekom sektorunun riskdən qaçmaqdan və ləng hərəkət etməkdən imtina etməsi.

Избранный
32
teleqraf.com

1Источники