RU

Kelloq Trampın Ukrayna üçün “Tomaqavk” raketləri ilə bağlı mövqeyini açıqlayıb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Donald Trampın Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin mümkün tədarükü ilə bağlı mövqeyini izah edib.

Bizimyol.info xəbər verir ki, "Fox News" ondan, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri verməsini istəyib və Kelloqdan Trampın məsələ ilə bağlı fikrini istəyib.

Kelloq cavab verib ki, raketlərin ötürülməsi ilə bağlı qərar hələ qəbul edilməyib, lakin bu, yalnız ABŞ prezidentinin səlahiyyətindədir.

“Bu qərar hələ verilməyib, amma o, xahiş edib. Mən bilirəm ki, prezident Zelenski həqiqətən də onları xahiş edib, bunu vitse-prezident Vens sosial şəbəkədəki paylaşımında təsdiqləyib. Bu, prezidentin qərarı olacaq”, - deyə Kelloq bildirib.

Onu da qeyd edək ki, Kelloq daha əvvəl ABŞ prezidenti Donald Trampın Ukraynaya Rusiyanın dərinliklərində zərbələr endirmək səlahiyyəti verdiyini təsdiqləyib.

Bundan əvvəl KİV-lər ABŞ prezidenti Donald Trampla Nyu-Yorkda BMT Baş Assambleyasında qapalı görüşü zamanı Vladimir Zelenskinin “Tomaqavk” raketləri tələb etdiyini bildirmişdi.

Lakin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens daha sonra bəyan edib ki, Tramp administrasiyası bu raketləri Ukraynaya ötürməyi düşünür.

Kreml artıq bu xəbərə reaksiya verib. Putinin mətbuat katibi Dmitri Peskov bunları "çox ciddi bəyanatlar" adlandırıb.

Bununla belə, o, bu raketlərin cəbhədəki vəziyyəti dəyişməyəcəyini qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
90
bizimyol.info

1Источники