RU

Ürəyi onları yarıyolda qoydu... "Bakılı oğlanlar"ın eyni səbəbdən vəfat edən üzvləri

Əməkdar artist Cabir İmanov, Əməkdar artisti Elçin Həmidov, Sabiq Millət vəkili Anar Məmmədxanov...

Bir zamanlar bu hər üç məşhur şəxsi birləşdirən tək cəhət onların "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunda olmaqları idi. Cabirlə Elçin konsertlər zamanı müxtəlif rollar ifa edərkən, Anar Məmmədxanov da bu komandanı formalaşdıran şəxs idi.

Far.Az xəbər verir ki, onların sadəcə işləri eyni yox, həm də talehləri eyni oldu. Hər üç məşhur fərqli-fərqli dünyasını dəyişsə də, eyni səbəbdən öldülər.

Əvvəl Elçin Həmidov 2011-ci ildə, daha sonra Anar Məmmədxanov 2011-ci ildə vəfat etdi. Cabir İmanov isə bu gün dünyasını dəyişib.

Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə iyunun 29-da Bakıda doğulub. O Parni iz Baku və Planet Parni iz Baku KVN teatrlarının simalarından biri idi. Əmisinin evində əziyyətli günlər keçirən aktyorun bacısı, daha sonra isə qardaşları vəfat edib. Elçin Həmidov 2011-ci il martın 4-də dünyasını dəyişib. Elçinin işə gəlmədiyini görən dostları onun evinə egdiblər. Xilasedicilər onun cansız bədəni ilə qarşılaşırlar. İnfarkt keçirən aktyor martın 5-də Xırdalan qəbiristanlığında dəfn edilib. Elçin Həmidov heç vaxt ailəli olmayıb.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda doğulub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilib. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən onun ölümün səbəbi kəskin ürək qan-damar çatışmamazlığı ürəyin işemik xəstəliyi olduğu bildirilib. A.Məmmədxanovun 2011-ci ilin aprelin 24-də ürək tutmasından dünyasını dəyişdiyi bildirlir. Mərhum evli idi, 3 övladı var. O"Qurd qapısı" yaxınlığındakı qəbiristanlıqda dəfn edilib.

Əməkdar artist Cabir İmanov 1976-cı il iyunun 22-də Bakıda anadan olub. O 1983-1993-cü illərdə Bakıda 189 saylı məktəbdə oxuyub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1992-ci ildən "Parni iz Baku" KVN komandasının üzvü olub, sonradan "Planet Parni iz Baku" teatrında fəaliyyət göstərib. Onun iştirakı ilə çəkilmiş məşhur filmlər arasında "Məhəllə", "Məşədi İbad-94", "Qorxma, mən səninləyəm! 1919", "Bəxt üzüyü 2" kimi ekran işləri var. 1997-1998-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçib. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Aktyor iki dəfə ailə həyatı qurub, üç övladı var. O ikinci dəfə Zara İmanova ilə evlənib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Избранный
44
far.az

1Источники