RU

İctimai nəqliyyatda tarif dəyişikliyi: Qiymət artımı yox, strateji islahat

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı qiymətlərində ediləcək dəyişiklik geniş müzakirələrə səbəb olub. Xüsusilə də bu dəyişikliklərin vətəndaşların gündəlik xərclərinə təsiri, dövlətin bu siyasətdəki rolu və nəqliyyat xidmətlərinin keyfiyyəti mövzusunda suallar yaranıb. Amma hadisələrə emosional deyil, həm də analitik yanaşsaq, qiymət artımının təkcə maddi deyil, strateji və struktur islahatlarla əlaqədar olduğunu görə bilərik.Qeyd etmək vacibdir ki, qiymət artımı bütün avtobus marşrutlarını əhatə etmir.Tələblərə cavab verməyən marşrutlarda qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.Bəs, yanacaq bahalaşmayıbsa, qiymət niyə artıb?Beləliklə bəziləri qiymət artımını yanacağın bahalaşması ilə əlaqələndirməyə çalışsa da, bu hal-hazırda baş verməyib. Bu o deməkdir ki, qiymət artımı sırf istehsal xərclərinin yüksəlməsi ilə deyil, ictimai nəqliyyatın struktur olaraq modernləşdirilməsi, daha dayanıqlı maliyyə modeli qurulması və operatorların xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirilir.Bu artım, bir növ dövlətin nəqliyyat sektoruna ayırdığı dotasiyanın (subsidiyanın) mərhələli şəkildə azaldılması və rentabelliyin təmin olunması üçün atılmış zəruri addımdır.Qeyd edilməlidir ki, bu artım heç bir halda birbaşa mal və məhsulların qiymətinə təsir göstərə biləcək bir faktor deyil. Qiymət artımı, xüsusilə ictimai nəqliyyatda baş verdikdə, əhalinin bir qisminin gündəlik büdcəsinə müəyyən təsir etsə də, bunun ümumi inflyasiya və bazar qiymətlərinə ciddi təzyiq göstərməsi gözlənilən deyil.Əgər yanacağın qiymətində dəyişiklik, xüsusilə bahalaşma baş versəydi, bu zaman daşınma xərcləri ilə bağlı ümumi məhsul qiymətlərinə dolayısı təsir mümkün ola bilərdi. Lakin bu halda söhbət sadəcə sərnişin daşıma xidmətlərinin qiymətindən gedir. Məsələn, 30 qəpikdən 40 qəpiyə yüksələn metro və ya avtobus gedişhaqqı sırf vətəndaşın nəqliyyat xərclərinə təsir edir, məhsul istehsalı və logistikası ilə birbaşa əlaqəli deyil.Qiymət artımının əsas hədəfi daşıyıcıların maliyyə dayanıqlığını artırmaqdır. Bu isə aşağıdakı istiqamətlərdə müsbət nəticələr verəcək:Avtobus parkının yenilənməsi sürətlənəcək.İctimai nəqliyyat şəhər infrastrukturunun əsas sütunlarından biridir. Sərnişin axınının effektiv idarə olunması, əhalinin gündəlik həyat rahatlığı və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından nəqliyyat sektorunda islahatlar xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə avtobus parkının yenilənməsi, xüsusilə də bu prosesi əlavə maliyyə dəstəyi ilə sürətləndirmək, şəhər mobilliyini yüksəltmək və xidmət keyfiyyətini artırmaq üçün mühüm alət hesab olunur.Avtobus parkının yenilənməsi sərnişin daşımada keyfiyyətin və təhlükəsizliyin artırılması, ekoloji yükün azaldılması, əlilliyi olan şəxslər üçün inklüziv nəqliyyatın təmin olunması, rəqəmsal sistemlərlə inteqrasiya (GPS, ödəniş kartları, real vaxt izləmə və s.), şəhər tıxaclarının azaldılması kimi məqsədlərə xidmət edir.Yeni maliyyə imkanları operatorlara daha ekoloji və komfortlu nəqliyyat vasitələri almağa şərait yaradacaq. Nağdsız ödəniş sistemlərinin tətbiqi genişlənəcək. Bu, həm sərnişinlər üçün ödəniş rahatlığı yaradacaq, həm də şəffaflığı artıracaq. Texniki imkanlar sayəsində diferensial tariflərin tətbiqi mümkün olacaq. Yəni, gələcəkdə ictimai nəqliyyatda aylıq, illik abunə sistemləri, tələbələr, pensiyaçılar və digər sosial qruplar üçün güzəştlər nəzərdə tutula bilər.Son illərdə qlobal miqyasda sürətlənən rəqəmsal transformasiya Azərbaycanda da müxtəlif sahələrdə özünü göstərməkdədir. Xüsusilə də maliyyə texnologiyalarının inkişafı və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi əhali üçün gündəlik həyatın asanlaşdırılmasında mühüm rol oynayır. Bu kontekstdə operatorlardan nağdsız ödəniş tətbiqinin tələb olunması vətəndaşlara ödəniş rahatlığı yaratmaqla yanaşı, ümumilikdə iqtisadi və sosial münasibətlərin şəffaflaşmasına da töhfə verir.Əhali üçün ödəniş rahatlığının təmin olunması təkcə texnoloji yenilənməni deyil, eyni zamanda sosial ədalət və xidmət keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Hazırda bir çox xidmət sahələrində (kommunal ödənişlər, ictimai nəqliyyat, ticarət, səhiyyə, təhsil və s.) nağd ödəniş üsullarının dominant olması bir sıra problemlər yaradır:Növbələrin və vaxt itkisinin artmasıPul qalığının düzgün qaytarılmaması səbəbilə narazılıqlarMaliyyə dövriyyəsinin qeyri-şəffaf olmasıSanitariya baxımından nağd pulun təhlükəsiBuna qarşılıq olaraq, nağdsız ödəniş sistemlərinin tətbiqi bu problemlərin aradan qaldırılması üçün effektiv vasitə hesab olunur.Bəzi iddiaların əksi olaraq, dövlət ictimai nəqliyyatda yaranan xərci tam şəkildə əhalinin üzərinə atmır. Əksinə, yenilənmiş avtobusların alınması, marşrutların optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlət dəstəyi davam edir. Qiymət artımı isə yalnız bu dəstəyə paralel olaraq, sistemin uzunmüddətli davamlılığını təmin etməyə xidmət edir.Yeni modelin əsas prinsipi sadə və şəffafdır: xidmətin səviyyəsi artırılmadan qiymət artımı həyata keçirilmir. Bu yanaşma həm vətəndaş etimadını qoruyur, həm də islahatların ardıcıl və planlı aparıldığını göstərir.Məqsəd təkcə maliyyə deyil – ictimai nəqliyyatı vətəndaş üçün əlçatan, rahat və keyfiyyətli xidmətə çevirməkdir. (Trend)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
6
demokrat.az

10Источники