RU

Qurban Qurbanovun sabiq klubu baş məşqçi ilə yolları ayırdı

BAKI, 29 sentyabr. TELEQRAF

Rusiyanın “Fakel” klubu baş məşqçisi İqor Şalimovla yollarını ayırıb.

Teleqaf klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar qarşılıqlı razılıq əsasında qəbul olunub.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2025-ci ilin aprelindən “Fakel”ə rəhbərlik edib.

Qurban Qurbanov 1999-2001-ci illərdə bu klubda 12 oyun keçirib və 8 qol vurub.

Избранный
31
teleqraf.com

1Источники