RU

Polşa Prezidentinin təltif etdiyi azərbaycanlı alim daha bir mükafat qazandı Fotolar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Polşanın Varşava Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsinin İstehsalat mühəndisliyi və inşaat idarəetmə kafedrasının müdiri, azərbaycanlı professor, texniki elmlər doktoru Nəbi İbadov Polşa İnşaat Mühəndisləri və Texnikləri Assosiasiyası tərəfindən təltif olunub.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, N.İbadov tikinti layihəsi mühəndisliyi sahəsindəki elmi nailiyyətlərinə görə mükafatlandırılıb.

Medal və diplom Qlivitsedə keçirilən 69-cu Krynitsa Elmi Konfransı zamanı ona təqdim olunub.

Məlumat üçün bildirək ki, professor Aleksandr Dıjevski adına Polşa İnşaat Mühəndisləri və Texnikləri Assosiasiyası Mükafatı 1974-cü ildə Assosiasiyanın İdarə Heyəti tərəfindən təsis edilib.

Mükafatın himayədarı görkəmli mühəndis və alim, professor Aleksandr Dıjevskidir (1893-1970). O, Polşada tikinti texnologiyası və təşkilinin elmi əsaslarını qoyub.

Mükafat iki kateqoriyadan ibarətdir: elmi nailiyyətlərə və praktik nailiyyətlərə görə.

Hər iki kateqoriya üzrə mükafatlar ildə bir dəfə verilir. Bu mükafatlar prestijlidir, inşaat mühəndisləri və elm xadimləri üçün böyük əhəmiyyət daşıyır. Diplomun məzmunu və mükafatın əsaslandırılması Mükafat Komitəsi tərəfindən müəyyən edilir.

Qeyd edək ki, azərbaycanlı professor 2019-cu ildə Polşa Prezidenti tərəfindən elmi kateqoriyada “Uzunmüddətli xidmətə görə” gümüş medalla təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
qafqazinfo.az

2Источники