RU

“Dişlərin sağlam qalması üçün nə etməli?” Həkim tövsiyə etdi

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ağız və diş sağlamlığı ilə bağlı mövzular hər zaman aktualdır. İnsanların gündəlik həyat keyfiyyətinə birbaşa təsir edən bu sahədə əsas problemlərin səbəbləri, profilaktik müayinələrin əhəmiyyəti və estetik stomatologiyaya artan maraq diqqət mərkəzindədir.

Bəs Azərbaycanda diş problemlərinin əsas səbəbləri nələrdir?

Son illərdə ən çox hansı estetik prosedurlara tələbat var?

Bu prosedurların dişlərə olan ziyanı nədir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan stamotoloq Zaur Zakiroğlu mövzunu belə şərh edib:

“Diş problemlərinin əsas səbəblərindən biri gigiyena qaydalarına düzgün əməl edilməməsidir. Dişlərin düzgün fırçalanmaması kimi səbəbləri göstərmək olar.

6 aydan bir həkimə müraciət etmək yaxşı olar. Dişində hər hansı bir problem olmasa belə.

Demək olar bütün prosedurlara tələbat var: Diş qapaqları ilə bərpaya, implantlara. Zoom aparatı ilə dediyimiz ağartmanı tez-tez etmək dişlərə ziyandır. 1-2 ildən bir olar. Dişlərin cilalanma (polirovka dediyimiz) ilə ağardılması isə 6 aydan bir olar. Bu zaman diş daşlarının da təmizlənməsi lazımdır”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
icma.az

1Источники