RU

Bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə MilliYol.az-a TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov bu gün idman zalında infarkt keçirərək dünyasını dəyişib.

 

Избранный
12
milliyol.az

1Источники