RU

Mustafa Mehmandarova vəzifə verildi

Azərbaycan Dövlət Akadmik Opera və Balet Teatrına yeni təyinat olub. 

Modern.az xəbər verir ki, Mustafa Mehmandarov Azərbaycan Dövlət Akadmik Opera və Balet Teatrının dirijor vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Mustafa Mehmandarov "Caspian Virtuosos" Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorudur. Tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sebiya və bu kimi ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.

M. Mehmandarovun repertuarına Avropa, rus klassikləri və həmçinin Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

Избранный
20
1
modern.az

2Источники