RU

Gəncə terrorunda xəsarət alan Bəxtiyar Heydərli: Prezidentimizi görəndə çox həyəcanlandım

Gəncə terrorunda xəsarət alan Bəxtiyar Heydərli Prezident İlham Əliyevlə görüşəndə çox həyəcanlandığını deyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Vətən müharibəsi zamanı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində xəsarət alan Bəxtiyar Heydərli lll MDB oyunlarının açılış mərasimində iştirak edib.

O, mərasimdə Prezident İlham Əliyevlə görüşü haqda məmnunluqla danışıb:

"Biz orada gözləyəndə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otağa daxil oldu. Həm çox həyəcanlandım, həm də çox sevindim. İlham baba bizimlə görüşdü, hal-əhval tutdu, çoxlu şəkillər çəkdirdik. Sonra açılış mərasimini onlarla birgə izlədik. Bu mənim çox xoşuma gəldi".

Qeyd edək ki, Bəxtiyar Heydərli Gəncə terroru zamanı yaralansa da, "Report"un kameralarına yaralı halda gülümsəyən uşaqdır.

Избранный
40
far.az

1Источники