RU

Yəhudi zabiti müdafiə edən Emil Zolya - Ona sui-qəsd təşkil etmişdilər?

"Evimizə raket düşəndə çox qorxmuşdum".

Kulis.az xəbər verir ki, bunu APA-ya 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanması nəticəsində xəsarət alan şəhər sakini 10 yaşlı Bəxtiyar Heydərli bildirib.

Bəxtiyar Heydərli deyib ki, onun ən böyük arzusu Prezident İlham Əliyevlə görüşmək olub və bu arzu ötən gün Gəncə şəhər stadionunda III MBD Oyunlarının açılışında gerçəkləşib: "Mənim ən böyük arzum cənab Prezidentlə qarşı-qarşıya gəlmək idi. Bu arzum dünən həyata keçdi. Cənab Prezident uşaqları çox sevir. Mən də Prezident babanı çox sevdim”.

O, terrorda xəsarət alandan sonra yayılan fotosundan da danışıb: "Gördüm kamera çəkir, gülümsəməyə başladım. Dayım dedi, yəqin sənə nəsə olub, ona görə gülümsəyirsən. Məndən anamın, atamın adını, evdəkilərin sayını soruşdular. Mən də hamısına düz cavab verdim. Dedim ki, mənə heç nə olmayıb”.

Избранный
39
kulis.az

1Источники