"Sabah" Futbol Akademiyasında yeni təyinat olub.
Fanat.Az xəbər verir ki, məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb.
Gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib. 43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, futbol akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda "Sabah"ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.