RU

“Ümid edirik ki, qızıl medal qazana bilərik” - Sambo Federasiyasının prezidenti İDMAN.BİZ-ə DANIŞDI

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün sambo idmançıları mübarizəyə qoşulublar. Yığmamız Yaqub Abdullayevin rəhbərliyi altında səkkiz idmançı ilə təmsil olunur.

İdman.biz-in Mingəçevirə ezam olan əməkdaşı Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovdan açıqlama alıb.

O, əməkdaşımızın “oyunlarda qızıl medala sahib olmayan Azərbaycan samboçuları bu dəfə qalib gələ biləcəklərmi?” sualını belə cavablandırıb:

“Komandamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında məqsədyönlü və intensiv hazırlaşıb, buna görə də medalların qazanılacağından əminəm. Bəli, rusiyalı samboçular turnirin favoriti hesab olunur. Amma biz də ümid edirik ki, ən azı bir qızıl medal qazana bilərik”.

Vüqar Vüqarlı

İdman.biz

Избранный
17
1
idman.biz

2Источники