RU

Mingəçevir elektrik stansiyası hidrogenə keçə bilər Nazir müavini

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

“Regionlarda 2 Giqavatlıq günəş panelləri inşa etməliyik. Bu, investorları cəlb edə bilər. Bu, özəl sektorun sərmayəsi hesabına da ola bilər”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov deyib.

Nazir müavini Azərbaycanda yaşıl enerjiyə keçidin vacibliyinə diqqət çəkib, bunun ölkənin enerji potensialını gücləndirəcəyini və iqlim hədəflərinə töhfə verəcəyini qeyd edib. O, həmçinin ictimai məsuliyyətin və köhnə enerjidaşıyıcıların əvəzlənməsinin önəmini vurğulayıb.

“Azərbaycan neft ölkəsi tanınır. Bizim ən böyük 2,5 Giqavatlıq Mingəçevirdə elektrik stansiyamız var. O, sovetdən qalmadır. Ola bilər ki, onun turbinləri hidrogenlə əvəzlənsin. Beləliklə, qaz idxalı azala bilər. Bu, milyonlarla qallon qaz ixracı deməkdir. Azərbaycanda hökumət və neft sektoru ilə məşğul olur. Bu sahədə olan resurslar tranzitsiz bir keçid dövrü yaşamır. Yeni hədəflər müəyyən edilir. Azərbaycanda bu prosesi AMB (Azərbaycan Mərkəzi Bankı) sürətləndirən dəstək verir. Elektriklə işləyən nəqliyyat vasitələri çoxalır. Biz ictimai məsuliyyət, cəmiyyətin məsuliyyətini də qeyd etməliyik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
metbuat.az

2Источники