RU

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyidir

Yazını böyüt
Yazını kiçilt

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilib.

Hafta.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Tədbiri açan Şəki REM-in direktoru Yusif Şükürlü qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi elmi-ədəbi olmaqla yanaşı, ictimai-siyasi və ideoloji məzmuna malik tarixi hadisədir.

Direktor bildirib ki, Azərbaycanda cəmiyyətin bədii-ictimai fikir tarixində milli azadlıq ideyalarının təbliğ olunmasında, istiqlal məfkurəsinə sədaqət hissinin aşılanmasında Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri olub.

Yusif Şükürlü şairin zəngin ədəbi irsinin olduğunu, ədibin yaradıcılığında bütün mövzulara müraciət etdiyini diqqətə çatdırıb. O, şairin “Gülüstan” poemasının milli nəslin formalaşmasındakı önəmli rolundan bəhs edərək, poemanın orijinal mətnini səsləndirib, tədbirin işinə uğurlar diləyib.

Sonra Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva “Bəxtiyar Vahabzadə yaradıcılığında klassik irsə münasibət" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi şairin klassik irsimizi milli kimliyimizin bünövrəsi kimi qiymətləndirdiyini, klassik sənətkarların yaradıcılığından bəhrələnərək, üslub cəhətdən bir-birindən fərqli və maraqlı fəlsəfi əsərlər yaratdığını, klassik ruha yeni duyğular gətirdiyini, bir sözlə, klassik ənənəni müasir dövrün düşüncə müstəvisində sərgilədiyini diqqətə çatdırıb.

Elmi-praktik konfransda, həmçinin “Bəxtiyar Vahabzadənin nəsr yaradıcılığı”, “Bəxtiyar Vahabzadə yaradıcılığında millilik” mövzularında məruzələr dinlənilib. Daha sonra müzakirələr aparılıb.

Избранный
21
hafta.az

1Источники