RU

“Qarabağ” – “Kopenhagen” matçı Sərdar Gözüböyükə HƏVALƏ EDİLDİ

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək II tur oyununa hakim təyinatları açıqlanıb.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
 

Matçın baş hakimi Sərdar Gözüböyük olacaq. Ona yan xətt hakimləri Ervin Zeynstra və Patrik İniya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan yerinə yetirəcək. VAR hakimi Yerun Manşot, köməkçisi Rob Diperink olacaq.


Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Bizim.Media

Избранный
37
14
bizim.media

10Источники