“White Hill Capital” nizamnamə kapitalı ilkin olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən maliyyələşmə çərçivəsində formalaşacaq.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İRİA-nın sədri Fərid Osmanov deyib.
O bildirib ki, ilkin olaraq fonda 1 milyon dollar vəsait qoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlar var.