RU

Kreml: Putin Moskvada Trampla görüşməyə hazırdır



Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvada ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu açıqlayıb.
Rusiyanın TASS xəbər agentliyinə danışan Peskov Putinin Trampı Alyaskada keçiriləcək sammit üçün Moskvaya dəvət etdiyini xatırladıb.

Peskov bu təklifin keçərli olduğunu bildirərək, "Putin Trampla görüşməyə hazırdır və bundan məmnun olacaq. Hər şey Trampın qərarından asılıdır" deyib.


Rusiyanın Böyük Britaniya və Fransanın nüvə arsenalına görə hesablaşma tələbinin etibarlı olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov, məsələnin aktual olduğunu bildirib.

Peskov əvvəlcə Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) üzərində danışıqlara başlamalı olduğunu ifadə edərək, "Ancaq gələcəkdə nüvə arsenalları məsələsi də müzakirə edilməlidir. Bu arsenallar Avropa təhlükəsizliyi və strateji sabitlik probleminin tərkib hissəsidir" dedi.

Putin-Tramp sammiti
Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp avqust ayında Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson aviabazasında görüşüb.

Putin Trampa növbəti sammitin Moskvada keçirilməsini təklif edib və Tramp bunun mümkün olduğuna işarə edib.

aia.az
Tərcümə şöbəsi



Избранный
23
4
aia.az

5Источники