RU

Son 20 ildə Azərbaycan 344 milyard ABŞ dolları investisiya cəlb edib - Mikayıl Cabbarov

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov “PASHA Holding” tərəfindən Bakıda təşkil olunmuş “INMerge Innovation Summit” zirvə toplantısında məlumat verib.

Nazir bildirib ki, Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını şaxələndirmə təşkil edir — yəni neft və qazdan asılılığın azaldılmasıqeyri-neft sektorunun dayanıqlı inkişafının təşviqi.

Son iki onillikdə cəlb olunan investisiyanın 210 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoruna yönəldilib.

O həmçinin vurğulayıb ki, 2021–2024-cü illər ərzində qeyri-neft sektoru orta hesabla illik 6,7% artıb və milli iqtisadiyyatda payını artırıb.

Təkcə son altı ildə qeyri-neft ixracı az qala iki dəfə artıb, bu da Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəlməsini və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasını sübut edir.

Избранный
29
3
fins.az

4Источники