RU

Eminin oğulları ilə Amerika gəzintisi - Fotolar

Xalq artisti, tanınmış müğənni Emin Ağalarov sosial şəbəkə izləyiciləri ilə yeni fotolarını bölüşüb.

Musavat.com xəbər verir ki, o, oğulları Əli və Mikayılla birlikdə Amerikadan şəkillər paylaşıb. Məlum olub ki, fotolar Nyu-Yorkda çəkilib. Şəkillərdə Eminin anası, iş xanımı İrina Ağalarova da yer alıb.

Müğənninin paylaşımı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər ailəvi fotoları səmimi və xoş atmosferli hesab edərək çoxsaylı rəylər yazıblar.

Xatırladaq ki, Emin bir neçə gün əvvəl də ABŞ-da yerləşən evinin və ilk biznesinin görüntülərini təqdim etmişdi.

Könül
Musavat.com

Избранный
9
musavat.com

1Источники