RU

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib - Mikayıl Cabbarov

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "PASHA Holding" tərəfindən Bakıda təşkil olunmuş "INMerge Innovation Summit" zirvə toplantısında deyib.

"Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını şaxələndirmə təşkil edir - neft və qazdan asılılığın azaldılması ilə yanaşı, qeyri-neft sektorunun dinamik və dayanıqlı inkişafının təşviq olunması. Son iki onillikdə bu strategiya 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib ki, bunun da 210 milyardından çoxu qeyri-neft sektoruna yönəldilib",- deyə o bildirib.

Nazirin sözlərinə görə, 2021-2024-cü illər ərzində qeyri-neft sektoru orta hesabla illik 6,7% genişlənərək milli iqtisadiyyatdakı payını artırıb. Təkcə son altı ildə qeyri-neft ixracının az qala iki dəfə artması Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəlməsinin və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasının sübutudur.

Избранный
22
3
day.az

4Источники