RU

Kişi DNT testi etdi: Uşaqları haqqında həqiqəti öyrəndi

Çində bir kişi övladlarının ona heç oxşamadığını görüb və həqiqəti öyrənmək qərarına gəlib. Buna görə, DNT testi keçirib və uşaqlarının atası olmadığını aşkar edib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Henan əyalətindən olan Çjou adlı kişi 13 ildir evlidir.
 

Bu müddət ərzində onun və həyat yoldaşının üç övladı dünyaya gəlib. Bu müddət ərzində o, işi ilə əlaqədar uzun müddət evdən uzaqda olub. Sonradan çinli arvadının ondan uşaq dünyaya gətirmədiyindən şübhələnməyə başlayıb. Şübhələrini qonşusu ilə bölüşüb və o da razılaşıb.


“Qızınızın əmioğlunuza oxşadığını görmürsünüzmü?”, -  o, Çjoudan soruşub.

Bundan sonra kişi həqiqətən də qızı və kiçik əkizlərinin qohumuna çox bənzədiyini görüb. Nəticədə Çjou gizli şəkildə atalıq testindən keçib. Məlum olub ki, uşaqların hamısı onun deyil. Çinlinin arvadı susub, əmisi oğlu isə DNT testindən imtina edib.

Nəticədə Çjou boşanmaq üçün məhkəməyə müraciət edib və həyat yoldaşından 150.000 yuan (21 min dollardan çox) təzminat tələb edib.

O, əvvəlcə ödəməkdən imtina edib, lakin sonda Ckouya vaxtaşırı 10.000 yuan (1400 dollar) ödəməyə razı olub.

Çinli qadın həm də Mülki Məcəlləni pozmaqda günahlandırılsa da, buna görə onun hansı cəzaya məruz qalacağı açıqlanmayıb. (Lent.az)

Bizim.Media

Избранный
7
1
bizim.media

2Источники