İsrailin təhlükəsizlik xidməti Şabak tərəfindən həyata keçirilən "Zirvə Atəşi" əməliyyatı uğursuzluqla nəticələnib.
Turkustan.az xəbər verir ki, əməliyyat zamanı səhv hədəfləmə və kəşfiyyat boşluqları səbəbilə HƏMAS-ın yüksək rütbəli liderlərinin hədəf alınması mümkün olmayıb. Nəticədə Qətər vasitəçilik prosesindən çəkilib, İsrailin çəkindirmə gücü və diplomatik nüfuzu ciddi zərbə alıb.
Sentyabrın 9-da İsrailin Dohada HƏMAS-ın siyasi qanadını sıradan çıxarmaq məqsədilə həyata keçirdiyi hücum, planlaşdırılan yüksək vəzifəli şəxslərin aradan götürülməsi ilə nəticələnməyib. Hücum Qətərlə vasitəçilik danışıqlarının pozulmasına, ABŞ-la koordinasiyanın zəifləməsinə və İsrail daxilində bu əməliyyatın “uğursuzluq” kimi qiymətləndirilməsinə səbəb olub.
İsrail mediasında yer alan xəbərlər və təhlillər əməliyyatın həm taktiki dizaynında, həm də siyasi-strateji qərarların qəbulunda ciddi uyğunsuzluqlar və yanlışlıqlar olduğunu göstərir.
Aytən Yaşar/ Turkustan.az