RU

Məşhur psixiatr Xankəndinə köçdü

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın məşhur psixiatrı- uzman həkim İkram Rüstəmov bundan sonra Xankəndidə çalışacaq.

Bu barədə Gununsesi.info-ya həkimin özü bildirib.

“Uzun müddətdir klinik fəaliyyətimi dayandırmışdım. Çünki ölkəmiz üçün çox əhəmiyyətli olan Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi və eyni zamanda Qarabağ Universitetinin Klinikasının qurulması işi ilə məşğul idik. Artıq bundan sonra klinik və akademik fəaliyyətimi Qarabağ Universiteti Klinikasında davam etdirəcəyəm. Ünvan Xankəndi şəhəridir. Müraciət etmək istəyən pasiyentlər 0992260026 telefon nömrəsi ilə birbaşa əlaqə saxlayıb ətraflı məlumat ala bilərlər. Köhnə nömrələrimizdən də məlumat ala bilərsiniz”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
icma.az

1Источники