RU

Oktan Türk Təşkilatının Lansmanı İstanbulda keçirilib

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Oktan Türk Təşkilatı, Türk dünyasında birlik və həmrəyliyi gücləndirmək məqsədilə keçirdiyi tanıtım lansmanını İstanbulda təşkil etdi. Tədbirdə təşkilatın yaradılma məqsədi, fəaliyyət sahələri və gələcək vizyonu ictimaiyyətə təqdim olundu.

Təşkilatın sədri Rauf Babacan çıxışında Oktan-ın üç əsas struktura əsaslandığını bildirdi: Strateji Düşüncə Mərkəzi, Patronlar Klubu və mədəni-sosial layihələr. Babacan qeyd etdi ki, Patronlar Klubu Türk iş dünyasını bir araya gətirəcək, Strateji Düşüncə Mərkəzi akademiklər və tədqiqatçılarla gələcəyə yönəlmiş siyasətlər formalaşdıracaq, gənclər və qadınlara yönəlmiş sosial layihələr isə prioritet sahələrdən olacaq.

Lansman gecəsi Türk dünyasının önəmli nümayəndələrinin iştirakı ilə diqqət çəkdi. Tədbirə Qırğızıstanın Türkiyə səfiri Ruslan Kazakbayev, TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf, Kərkük millət vəkili Erşad Salihi, TÜMKİAD sədri Nihat Tanrıkulu, AK Parti İstanbul İl displin kurulu üyesi Aydoğan Akın, Qazaxıstan və Özbəkistan səfirləri, həmçinin Bolqarıstan, Qırğızıstan və Rusiya konsulları qatıldı.

Ruslan Kazakbayev çıxışında Türk dünyasını birləşdirən layihələrdə iştirak etməkdən məmnun olduğunu və gələcək təşəbbüslərdə təşkilatın dəstəkçisi olacağını vurğuladı. Babacan isə bildirdi ki, “Türk dövlətləri nə qədər birlik nümayiş etdirərsə, o qədər güclü olacaq.” Tədbirdə həmçinin Qarabağ zəfərinin və Zəngəzur koridorunun Türk dünyasının ticarət və digər əlaqələrinə yol açdığı qeyd olundu. Kərkük türklərinin lideri Elşad Salihi isə bu tədbirin Türk dünyası üçün önəmini vurğuladı.

Lansmanda Türk dünyasının birliyinə dəstək verən digər şəxslər də iştirak etdi: 15 İyul Dərnəyi sədri İsmayıl Hakkı Turunç, Yenidən Refah Partiyası İl sədri Nuri Özata, ASİAD sədri Yücel Yalçınkaya, Esenyurt Bələdiyyə Başçısı müavini Ümit Ünal, Belarus Konsulu İlya Anrachanka və Rusiya konsulları Aman Duyalov və Adrian Andiranov. Onların iştirakı təşkilatın vizyonunu gücləndirdi və gələcək layihələr üçün verdikləri dəstək yüksək qiymətləndirildi.

Tədbirdə, həmçinin rəssam-modelyer Fəxriyyə Xələfova da iştirak edib. Eyni zamanda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Pakistan və ABŞ-dan iş adamları da iştirak etdi. Azərbaycan, Özbəkistan, Təbriz və Kərkük Türk dərnəkləri stendlərində regional geyimlər, şirniyyatlar və musiqi alətləri nümayiş etdirərək mədəni zənginliyi təqdim etdilər.

Gecə, Türk dünyasından olan sənətçilərin konsertləri və milli rəqs nümayişləri ilə başa çatdı. Lansman, Oktan Türk Təşkilatının Türk dünyasında birləşdirici və mədəni körpü rolunu bir daha nümayiş etdirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
icma.az

1Источники