RU

ABŞ və İsrail Qəzza müharibəsinə son qoymaq təklifində razılığa yaxınlaşır

ABŞ və İsrail prezident Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq təşəbbüsü ilə bağlı razılaşmaya yaxınlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə "Axios" portalının jurnalisti Barak Raivid "X" platformasında yazıb.

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff, Trampın keçmiş müşaviri Cared Kuşner və İsrailin baş naziri Benyamin Netanyahu arasında aparılan danışıqlardan sonra müsbət irəliləyiş əldə olunub.

Məsələ ilə bağlı anonim məmur "Raivid"ə bildirib ki, razılaşmanın reallaşması üçün HƏMAS-ın da razılığı tələb olunur.

Избранный
28
1
operativmm.az

2Источники