RU

Nigar Arpadarai: İqlim Dəyişikliyi Gündəliyinə tərəqqi yolu ilə nail olmalıyıq

Bakı, 29 sentyabr, AZƏRTAC

Keçən il COP29-a ev sahibliyi edən Bakı çox böyük məsuliyyətlər üzərinə götürdü. Biz qlobal Şimal ilə Cənub arasında körpü rolunu oynadıq. COP29-un Yüksək Səviyyəli İqlim Çempionu olduqdan sonra dünyanın hər yerindən insanlarla görüşmək imtiyazına sahib oldum və nə qədər insanın iqlim dəyişikliyinin nəticələri ilə yaşadığını gördüm. Bunlar, sadəcə, uzaq hekayələr deyil, həm Azərbaycanda, həm də bütün regionda üzləşdiyimiz reallıqlardır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində söyləyib.

"Quraqlıqlar, Kür-Araz hövzəsinin quruması, Xəzərin səviyyəsinin enməsi ekosistem üçün ciddi təhdidlər yaradır. İnsanların həyat səviyyəsini təmin edən ekosistem yerində olmalıdır. Ortaq standartlar və birliklə bunu təmin etməliyik. İqlim Dəyişikliyi Gündəliyi bəşəriyyətin öz taleyini dizayn etmək üçün göstərdiyi ən böyük səylərdən biridir. Bunu əməkdaşlıq və ətraf mühitimizi təmizləməyə və saxlamağa kömək edən davranış standartlarının qəbulu vasitəsilə edə bilərik. İqlim Dəyişikliyi Gündəliyi açıq şəkildə kəsişmə nöqtəsindədir. İqlim gündəmi texnoloji sıçrayışlarla gəlməlidir. İqlim Dəyişikliyi Gündəliyinin məqsədlərinə məhdudiyyətlər və qadağalardan fərqli olaraq, səmərəlilik və tərəqqi yolu ilə nail olmalıyıq", - deyə N. Arpadarai bildirib.

Избранный
11
2
azertag.az

3Источники