Belə ki, Qubada keçirilən “Zirə” ilə oyunda da tribunalarda cəmi 200 azarkeş var idi. Komanda oyundan-oyuna “artırır”, azarkeşlərin sayı isə artmır ki artmır. Məsələ ilə bağlı “Küdrü Qartalları”nın rəhbərlərindən Əli Əliyev “Football-plus.az”a açıqlama verib:
“Komandanın uğurları – hər qələbə daha çox insanı tribunaya çəkir. Azarkeş qrupunun fəaliyyətişüarlar, bayraqlar, sosial şəbəkədə aktivlik başqalarını da ruhlandırır. Zamanla və xüsusilə də komanda yaxşı çıxış etdikcə “Küdrü Qartalları”nın sayı mütləq artacaq. Nəticələr dəyişə bilər, amma “Küdrü Qartalları” qələbədə də, məğlubiyyətdə də komandasının yanındadı”.
MÜZƏFFƏR QULUZADƏ