RU

Oktyabrın 1-dən metroda bir gediş 60 qəpik olacaq

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yeni tarif 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

Məlumatda bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

“Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.
Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır”, - məlumatda qeyd edilib.

Избранный
18
9
apa.az

10Источники