RU

Kredit kartlarının sayı 7% azalıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ödəniş kartlarında debet kartlarının sayı 17% artıb. Kredit kartlarının sayı isə 7% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb.

2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 mln. manatı POSterminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.

Избранный
85
9
teleqraf.com

10Источники