RU

Qazaxıstanda "Real Madrid" futbolçularını fitə basdılar

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanlı azarkeşlər Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun "Kayrat"la matçı üçün Qazaxıstana gələn "Real Madrid"in futbolçularını fitə basıblar.

Hafta.az xəbərinə görə, bu barədə Sports.kz nəşri məlumat yayəb.

Məlumata görə, "Real Madrid"in futbolçuları hava limanında azarkeşlərlə ünsiyyətdən yayınıblar və cənub VIP çıxışından istifadə edərək, avtobus və avtomobillərlə hotellərinə gediblər. Bu qərar azarkeşlərin narazılığına səbəb olub və onlar komandanın avtobusu keçərkən onu fitə basmaqla qarşılayıblar.

Qeyd edək ki, "Kayrat" - "Real Madrid" matçı sentyabrın 30-da Almatıdakı mərkəzi stadionda keçiriləcək. İlk tur matçında "Kayrat" klubu "Sportinq"ə uduzub (1:4), "Real Madrid" isə "Marsel"ə qalib gəlib (2:1).

Избранный
368
2
hafta.az

4Источники