RU

Cəlal Qasımov: INMerge bir vizyondan hərəkata çevrilib

"INMerge" İnnovasiya Sammiti bir vizyondan hərəkata çevrilib.

"APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən V “INMerge” İnnovasiya Sammitində “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov deyib.

O bildirib ki, builki sammitə 5 mindən çox iştirakçı, 150-dən çox spiker, 100 startap və 80-dən artıq vençur fondu qatılıb. Qasımov vurğulayıb ki, ötən gün keçirilən ilk İnvestisiya Forumu kapital və tərəfdaşlığın böyüməni necə sürətləndirə biləcəyini nümayiş etdirdi.

Onun sözlərinə görə, Mərkəzi Avrasiya 100 milyon gənc və istedadlı insanı, sürətlə artan iqtisadiyyatları və iki rəqəmli inkişafla seçilən rəqəmsal sektoru ilə böyük potensiala malikdir: “Startaplar Bakıda yaranıb Almatıya və ya Daşkəndə genişlənə, İstanbulda sınanmış ideyalar Tbilisiyə və Səmərqəndə gedə bilər. Çünki innovasiya sərhəd tanımır”.

Qasımov əlavə edib ki, “PAŞA Holdinq” innovasiyanı regionu dünyada möhkəmləndirən əsas güc kimi görür: “Beş il əvvəl INMerge sadəcə bir vizyon idi, bu gün isə bir hərəkatdır”.

Избранный
42
apa.az

1Источники