RU

Azərbaycanın qalibiyyəti, yüksəlişi və uğurları BMT tribunasından dünyaya bəyan olundu - Deputat

Bakı. Trend:

Respublikamız üçün son günlərin əsas siyasi hadisəsi Prezidentİlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındaiştirakıdır. Dövlətimizin başçısının Nyu-Yorkda keçirdiyi görüşlərAzərbaycanın xarici siyasi əlaqələri baxımından mühüm əhəmiyyətkəsb etdi, o cümlədən ABŞ biznes dairələrinin ölkəmizləəməkdaşlıqda maraqlı olduqlarını göstərdi. BMT Baş Assambleyasının80-ci sessiyasında etdiyi çıxışında isə cənab PrezidentAzərbaycanın zəfərini və nailiyyətlərini bu mötəbər tribunadandünyaya bəyan etdi.

Bunu Trend-əMilli Məclisin deputatı Xanlar Fətiyev deyib.

"Azərbaycan BMT-yə üzv qəbul edildikdən sonra bu qurumuntribunasından beynəlxalq ictimaiyyətin diqqətini həmişətorpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə yönəldib.1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında, 1995-ciildə isə təşkilatın 50 illik yubileyinə həsr olunnan xüsusiiclasında iştirak edən Ulu Öndər Heydər Əliyev çıxışlarındaErmənistanın təcavüzünün aradan qaldırılması üçün beynəlxalqsəylərin artırılmasına çağırıb.

Prezident İlham Əliyev də BMT-nin sessiyalarında və digərtədbirlərində çıxışları zamanı diqqəti əsasən artıq həllini tapmışQarabağ probleminə, bu qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi4 qətnamənin tələblərinin yerinə yetirilməsinə yönəldib. Prezidentİlham Əliyev BMT Baş Assambleyasında indiyədək bir neçə dəfə çıxışedib – 2003-cü ildə Azərbaycanın Baş naziri, 2004, 2010 və 2017-ciillərdə isə Prezidenti kimi. Bununla yanaşı, Prezident İlham Əliyev2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cısessiyasında onlayn formatda çıxış edib. Hər bir çıxışdaErmənistanın işğalçı siyasəti ifşa edilib, bu ölkəsiyasi-diplomatik sferada küncə sıxışdırılıb", - deyə deputatbildirib.

Xanlar Fətiyev əlavə edib ki, Prezident İlham Əliyevin BMT BaşAssambleyasının 80-ci sessiyasındakı çıxışının məzmunu isəəvvəlkilərdən fərqlənirdi:

"Çünki artıq, torpaqlarımız işğaldan azad olunub. O cümlədənQarabağda erməni separatizminə son qoyulması ilə Azərbaycan dövlətibütün əraziləri üzərində milli suverenliyini bərpa edib. Bubaxımdan Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-cisessiyasında qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştiraketdi. Ona görə cənab Prezident İlham Əliyev özünün də qeyd etdiyikimi bu mötəbər tədbirdə Azərbaycanı qələbəyə və sülhə aparanyoldan, respublikamızın tarixində başlanan yeni dövrdən, Vətənmüharibəsi ilə işğala necə son qoyulmasından, sülhü siyasivasitələrlə necə təmin etməyimizdən danışdı.

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldı. Təəssüfləqeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurasının ərazilərimizinişğaldan azad olunması ilə bağlı 1993-cü ildə qəbul etdiyi dördqətnamənin tələbləri icra olunmadı və beynəlxalq ictimaiyyətbununla bağlı Ermənistana heç bir təzyiq və təsir göstərmədi.Qarabağ münaqişəsinin həlli məqsədilə 1992-ci ildə yaradılan Minskqrupu ədalətin bərpa edilməsinə deyil, problemin dondurulmasınaçalışdı. Bunun nəticəsi kimi Ermənistan danışıqlar prosesindəbeynəlxalq hüququn və BMT qətnamələrinin tələblərinin yerinəyetirilməsindən uzaq oldu. Sülh prosesinin dalana dirənməsindənsonra isə Azərbaycan müharibə yolu ilə ərazilərini işğaldan azadetdi.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan dövləti BMTNizamnaməsini rəhbər tutdu. Prezident İlham Əliyevin BMTtribunasından bildirdiyi kimi Azərbaycan ərazi bütövlüyünübeynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiqqətnamələrinə uyğun olaraq bərpa etdi".

Xanlar Fətiyev bildirib ki, Vətən müharibəsindən sonraAzərbaycanla Ermənistan arasında başlanan sülh danışıqlarının datəşəbbüskarı rəsmi Bakıdır:

"Ermənistanın ötən dövrdəki spekulyasiyalarına, müxtəlifvaxtlarda törətdiyi hərbi təxribatlara rəğmən sülh prosesində artıqmühüm irələliləyişə nail olunub, ötən ay Vaşinqtonda sülh sazişilayihəsinin mətni paraflanıb. Prezident İlham Əliyev çıxışında sülhprosesi ilə də bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı vəsöylədiyi fikirlər bir daha Azərbaycanın sülhpərvər mövqeyinidünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdəhəyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxundu. İşğaldövründə ermənilər tərəfindən dağıdılmış kənd və şəhərlərimizinyenidən qurulduğunu, “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50mindən çox vətəndaşımızın azad edilən torpaqlarda yaşadığını,işlədiyini, təhsil aldığını Baş Assambleyasının sessiyasındaiştirak edən dövlət və hökumət başçılarının nəzərinə çatdırdı.

Bununla yanaşı, Ermənistanın işğalı vaxtı ərazilərimizdəbasdırdığı minaların qayıdış prosesinə, bərpa və yenidənqurmalayihələrinin həyata keçirilməsinə əngəl yaratdığı, 2020-ci ilinnoyabrından indiyə qədər 400 nəfərdən çox azərbaycanlı mülki şəxsinvə hərbçinin mina partlayışları nəticəsində həlak olduğu və ağıryaralandığı BMT tribunasından beynəlxalq ictimaiyyətə bəyanolundu".

"Ümumiyyətlə, Prezident İlham Əliyevin çıxışında toxunduğu bütünməsələlər Azərbaycanın qüdrətinin və yüksəlişinin təqdimatınaçevrildi. Dövlətimizin başçısının qeyd etdiyi məqamlar -Azərbaycanın 14 dövlətə təbii qaz ixrac etməsi, ölkəmizinbeynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsi,respublikamızda yoxsulluğun və işsizliyin 5 faizə endirilməsi,xarici borcumuzun ÜDM-in cəmi 6,5 faizi həcmində olması, valyutaehtiyatlarımızın xarici borcumuzdan təxminən 16 dəfə artıq olmasıvə digər bu kimi faktlar və həqiqətlər hər birimizdə qürur vəfəxarət doğurdu. Bu uğurların bütün dünyanın diqqətinin yönəldiyiBMT tribunasından səslənməsi isə qlobal səviyyədə Azərbaycanınimicini daha da möhkəmləndirir.

Prezident İlham ƏliyevBMT Baş Assambleyasının 80-ci sessiyasındaetdiyi çıxışda Azərbaycanın öz milli maraqları uğrundamübarizəsinin və qarşıya qoyduğu məqsədlərə doğru gedən yoldaqazandığı uğurların mənzərəsini təsvirini verdi. Bütün bunlar isəbir çox dövlətlər üçün müsbət təcrübə və yol xəritəsi hesab olunabilər. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan butəcrübəni paylaşmağa hazırdır:

"Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəniudduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinəbaşladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülhde-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağahazırıq".

Torpaqlarımızın işğal altında olduğu illərdə Azərbaycan çoxsaylıədalətsizliklərlə, ikili standartlarla üzləşdi. Lakin dövlətimiz,xalqımız öz yolundan dönmədi, mübarizəsini davam etdirdi və sonundaədalət zəfər çaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu,həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsininsübutudur.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, Azərbaycanın hər birməsələdə aydın mövqeyi və konkret siyasəti var. Beynəlxalq hüquqaəsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama,qarşılıqlı hörmət və əməkdaşlıq respublikamızın siyasiprioritetləridir. Bu baxımdan Prezident İlham Əliyevin BMT BaşAssambleyasının 80-ci sessiyasında beynəlxalq ictimaiyyəti birlikdəikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı,qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil,əməli addımlarla təmin olunduğu bir dünya qurmağa çağırması birdaha Azərbaycanın yürütdüyü siyasətin məzmununu dünyaya bəyanetdi", - deyə Xanlar Fətiyev bildirib.

Məqalədə:
Избранный
19
4
az.trend.az

5Источники