RU

UNFCCC: Bakıda iqlimlə bağlı keçirilən mühüm platformadır

“İqlim böhranı ilə mübarizə hökumətlərin texnoloji və maliyyə dəstəyi olmadan mümkün deyil”.

APA xəbər verir ki, bunu UNFCCC təşkilatının icraçı direktoru Saymon Still “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdə videomüraciətində deyib.

“Biz təşkilatlar olaraq təkbaşına heç bir şeyin öhdəsindən gələ bilmərik. Burada bizə hökumətlər tərəfindən maliyyə dəstəyi təmin olunmalıdır ki, müasir texnologiyalardan istifadə edə bilək. Hökumətlər vacib olan ekoloji tədbirləri görməli və uzunmüddətli siyasi qərarlar verməlidir. Hesab edirəm ki, Bakıda keçirilən bu tədbir tərəfdaşlıqlar qurmaq və hökumətlərə mesajımızı çatdırmaq üçün mühüm bir platformadır”, - Saymon Still bildirib.

Избранный
32
3
apa.az

4Источники