Bu gün yediyimiz şokoladların əksəriyyətini qəbul edəndən sonra ürəkbulanma, həzm prosesində pozuntular, mədə ağrılarına səbəb olur. Bazarda təklif olunan bu şokoladlardan elə yağ və sabun qoxusu hiss edilir.
Maraqlısı budur ki, yağ və sabun qoxusu gələn həmin şokoladların çoxu təxminən, 10-15 il əvvəl bazarda təmiz dadla satışda olub.
Bəs bu şokoladlardan yağ və sabun qoxusunun gəlmə səbəbi nədir?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, istehsal olunan şokoladların əksəriyyətinin tərkibində palma yağından istifadə olunur və onun da spesfik qoxusu hiss olunur:
Ancaq məndə olan məlumata görə şokolad istehsalı ilə məşğul olan kiçik istehsal müəssisə var. Ölkəmizdə istehsal olunan konfet 10-dan çox ölkəyə ixrac edilir. Bu da demək olar ki, yox dərəcəsindədir. Xaricdən gətirilən şokoladların isə çeşidi müxtəlifdir və qiymətlərinə görə keyfiyyəti fərqlənir.
Əhali bilməlidir ki, şokoladlar əsasən kokos yağından hazırlanır.
Bu şokoladlar bərk halda və üzü nisbətən tünd qəhvəyi rəngdə olur. Xüsusilə, ölkəmizə Rusiya və Türkiyədən şokolad gətirilir. Keyfiyyəti yüksək olan şokoladın qiyməti də yüksək olur. Tərkibində palma və soya yağı olan şokoladların da spesfik qoxusu olur. Əgər şokoladın tərkibində palma yağı varsa, bu onun kağızı üzərində göstərilir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта