RU

Madyar: Ukrayna ərazilərini Rusiyaya verməyə məcbur olacaq

BAKI, 29 sentyabr. TELEQRAF

“Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində ərazisinin bir hissəsini vermək məcburiyyətində qalacaq”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan xarici işlər və iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar bildirib.

“Ukrayna öz ərazisinin beşdə birindən imtina etməli olacaq. Mən Ukraynanın nə etməli olduğunu demək istəmirəm, sadəcə olaraq deyirəm ki, təcrübəmizə əsaslanaraq sülh bəzən ağrılı ola bilər”, - nazir müavini vurğulayıb.

O qeyd edib ki, Ukrayna seçim etməlidir: ya ölkənin həyat qabiliyyətini, ya da bir neçə min kvadrat kilometr ərazini saxlamalıdır.

Избранный
72
teleqraf.com

1Источники