RU

Daha bir rusiyalı idmançı Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb - YENİLƏNİB

Rusiyanın daha bir təmsilçisi Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Dmitri Kravtsov 100 metr məsafəyə arxasıüstə üzmə yarışında birinci olub.

Belarusdan olan Mikita Apanasik və Kiryl Bantseviç müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

***

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 400 metr məsafəyə sərbəst üzmə yarışında mükafatçılar müəyyənləşib.

Rusiyalı Valeria Brazniçenko birinci, onun həmyerlisi Anastasiya Çernşova ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutub.

Azərbaycan təmsilçilərindən Anastassiya Qnussina beşinci, Məryəm Cavadova altıncı yerlə kifayətlənib.

Избранный
5
6
operativmm.az

10Источники