RU

İsmayıllıda toyda dörd nəfər bıçaqlandı: Biri bəydir - Təfərrüat

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin son vəziyyəti açıqlanıb...

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 28-i, saat 23:30-da dörd nəfər (kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara qarın divarının açıq yarası, bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-didilmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 1976-cı və 2008-ci il təvəllüdlü şəxslər cərrahi əməliyyat ediliblər. Müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
2005-ci və 2007-ci il təvəllüdlü şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər ikisi ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

***

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev, 2005-ci il təvəllüdlü Səid İsayevi (bəy) toy çadırından çölə çağırıb. Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.
Bu vaxt E.Babayev daha üç nəfərə - 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.

***

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, insident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib.

Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri - 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
25
4
poliqon.info

7Источники