Sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun hakim Avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) liderdir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı yeni məlumatda belə deyilir.
Məlumata əsasən, MSK artıq seçki məntəqələrindən daxil olan bülletenlərin 97,93%-ni sayıb və nəticələr aşağıdakı kimidir:
PAS - 49,54%;
Vətənpərvərlər Bloku - 24,57%;
Alternativ Blok - 8,07%;
Daxildə demokratiya - 6,25%;
Bizim partiya - 5,66%.
Qeyd edək ki, yerdə qalan siyasi partiyaların topladığı səslər 1%-i keçmir, ona görə də onlar parlamentə daxil ola bilməyəcəklər.